Metsan Panel · 2026 · Construction & Manufacturing
Metsan üçün Sosial Media və Rəqəmsal Kommunikasiya
Metsan-ın sosial media kommunikasiya strategiyasını yenidən formalaşdıraraq brendin daha vahid, peşəkar və müasir vizual üslubda təqdimatını təmin etdik.

İcmal
Metsan Panel ilə əməkdaşlıq çərçivəsində brendin sosial media səhifəsinin ümumi görünüşünü yenidən formalaşdırdıq. Vahid vizual kimlik və ardıcıl üslub yaradaraq feed strukturunu daha sistemli hala gətirdik. Aylıq kontent planları hazırladıq, müştəri ilə davamlı kommunikasiya qurduq və brend üçün peşəkar çəkilişlər və reels kontentləri hazırladıq. Eyni zamanda, daha geniş auditoriyaya çatmaq və brendin rəqəmsal görünürlüğünü artırmaq üçün reklam strategiyası üzərində çalışdıq.